İrakli Qaribaşvili Türkiyənin baş ombudsmanı ilə görüşüb

1

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Türkiyənin baş ombudsmanı Şeref Malkoç ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki,bu barədə  Hökumət administrasiyası məlumat yayıb.

Məlumatlarına görə, görüşdə Gürcüstan və Türkiyə arasında mövcud strateji tərəfdaşlıq və ölkələr arasında insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığa toxunulub.

Qaribaşvili qeyd edib ki, Gürcüstan ölkədə insan hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi üçün mühüm səylər göstərir.

Bildirilib ki, bu il 2022-2030-cu illər üçün insan hüquqlarının müdafiəsi üzrə ikinci strategiya hazırlanıb, onun məqsədi Gürcüstanda insan hüquq və azadlıqlarının müdafiəsinin sistemli təminatlarını daha da gücləndirməkdir.

Vurğulanıb ki, strategiyanın məqsəd və vəzifələrinin səmərəli həyata keçirilməsi üçün insan hüquqlarının müdafiəsinə dair 2024-2026-cı illər üçün fəaliyyət planı üzərində iş aparılır, bu planda uşaq hüquqları ilə bağlı müxtəlif məsələlər ətraflı şəkildə yazılacaq.

Bildirilib ki, insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi hökumət üçün prioritet istiqamətdir və hökumətin bu sahədəki bütün fəaliyyəti bu prioritetin praktikada həyata keçirilməsinə xidmət edir.

Sonda tərəflər Gürcüstan və Türkiyədə yaşayan insanlar üçün vacib olan bütün hüquqi məsələlərdə daha da fəal əməkdaşlıq edəcəkləri barədə razılığa gəliblər.

Hökumət administrasiyasında keçirilən görüşdə Türkiyə Xalq Müdafiəçisinin müavini Cəlilə Özlem Tuncak və Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay iştirak ediblər.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
ფიზიკური აქტივობის როლი დეპრესიის დროს
Öncəki yazı
ტკივილებისგან განკურნების უნიკალური ტექნიკა, რომელსაც მსოფლიოში ანალოგი არ აქვს