Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qazaxıstan Respublikasının Baş naziri Əlixan İsmayilov ilə görüşüb.
Hökumət administrasiyasının məlumatına görə, işgüzar görüşdə tərəflər Gürcüstan və Qazaxıstan Respublikası arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərini nəzərdən keçiriblər.
Turizm, enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın əsas istiqamətləri müzakirə olunan məsələlər arasında olub.
Orta dəhlizin tam miqyaslı fəaliyyət göstərməsinin vacibliyinə diqqət çəkilib.
Tərəflər son dövr ərzində yüksək səviyyəli səfərlərin müsbət dinamikasını da müzakirə ediblər.
Görüşdə Qazaxıstan Respublikasının Baş naziri vurğulamışdır ki, Qazaxıstan və Gürcüstanı sıx və uzunmüddətli dostluq əlaqələri və çoxtərəfli əməkdaşlıq birləşdirir.