This is a specific ad

İrakli Qaribaşvili Çexiyanın Gürcüstandakı səfiri ilə görüşüb

14

Another advertisement

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Petr Kubernat ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tanışlıq xarakterli görüşdə Çexiya ilə Gürcüstan arasında əlaqələr və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Verilmiş məlumata əsasən, görüşdə Gürcüstan hökumətinin Avropa İttifaqının 12 tövsiyəsinin yerinə yetirilməsi istiqamətində atdığı addımlar müzakirə olunub.

Görüşdə ölkələr arasında ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsinin zəruriliyi və hər iki tərəfin bu istiqamətdə işləməyə hazır olduğu vurğulanıb”-deyə baş nazirin mətbuat xidməti tərəfindən yayılmış məlumatda deyilir.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
İsrail Qəzzada atəşkəsdən imtina edib
Öncəki yazı
Tbilisidə Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edilib