This is a specific ad

İrakli Qaribaşvili Brüsselə gedib

43

Another advertisement

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Belçika Krallığına, Brüsselə işgüzar səfərə gedib.

QafqazTürk.com xəbər verir ki, Baş nazir Avropa Komissiyasının təşkil etdiyi forumda – “Qlobal Gateway Forum 2023”də iştirak edəcək.

“Qlobal Gateway” (QeitVei) rəqəmsal, enerji və nəqliyyat sektorlarında təhlükəsiz əlaqələrin yaxşılaşdırılmasına, eləcə də bütün dünyada səhiyyə, təhsil və tədqiqat sistemlərinin gücləndirilməsinə yönəlmiş Avropa strategiyasıdır.

“Qlobal Gateway” BMT-nin 2030 Gündəliyinə, Davamlı İnkişaf Məqsədlərinə və Paris Sazişinə tam uyğundur. Strategiyanın məqsədi prioritet sahələrin maliyyələşdirilməsi üçün 300 milyard avroya qədər investisiyaların səfərbər edilməsidir.

Qlobal Gateway həm Aİ-ni, həm də onun üzv dövlətlərini, eləcə də maliyyə və inkişaf institutlarını transformativ təsir üçün investisiyalardan istifadə etmək üçün özəl sektoru səfərbər etmək məqsədilə bir araya gətirir.

Forum çərçivəsində keçirilən işgüzar paneldə – “Nəqliyyat dəhlizləri”ndə baş nazir İrakli Qaribaşvili əsas məruzəçi olacaq.

Gürcüstanın baş naziri İrakli Qaribaşvilini forumda iştirak etmək üçün Avropa Komissiyasının sədri Ursula fon der Leyen dəvət edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək
Öncəki yazı
Türkiyə və Ermənistan XİN başçıları arasında görüş olub – VİDEO