This is a specific ad

İrakli Qaribaşvili: “Biz, sülhsevər hökumət olaraq qonşu və dost ölkələrlə işləməyə hazırıq”

45

Another advertisement

Gürcüstan müharibənin qiymətini başa düşür və sülhün nə qədər dəyərli olduğunu da bilir. Hökumətimiz 2012-ci ildən keçən on il ərzində görünməmiş şəkildə sülh və sabitliyi qoruyub saxlaya bildik və nəticədə vəziyyət ölkəmiz və tərəfdaşlarımız üçün daha etibarlı və proqnozlaşdırıla bilən oldu”.

QafqazTürk.com xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili “İpək Yolu Forumu”ndakı çıxışında deyib.

Qaribaşvilinin sözlərinə görə, hökumət xalqın və ölkənin təhlükəsizliyini qoruya bilib.

Hökumətimizin əsas məqsədlərindən biri müharibənin qarşısını almaq və sülhü təmin etməkdir. Coğrafi, regional və qlobal çağırışlarımıza, Ukraynada davam edən müharibəyə və Yaxın Şərqdəki gərginliyə baxmayaraq, ehtiyatlı siyasət və tərəfdaşlarımızla sıx koordinasiya nəticəsində biz xalqımızın və ölkəmizin təhlükəsizliyini qoruyub saxlaya bilmişik“, – deyə Baş nazir qeyd edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Dünya bazarlarında neftin qiyməti
Öncəki yazı
Levan Davitaşvili: “Azərbaycan bizim üçün ən vacib tərəfdaşdır”