İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb – FOTOLAR

63

Gürcü Arzusu partiyasının sədri İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

QafqazTürk.com xəbər verir ki, görüşdə Gürcüstan və Azərbaycan arasındakı mövcud dostluq və tərəfdaşlıq münasibətləri, iki ölkə arasındakı müxtəlif sahələrdə strateji əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə, eləcə də regionda gedən proseslərə toxunulub, regionda sülhün və sabitliyin vacibliyi vurğulanıb.

Faiq Quliyev İrakli Qaribaşviliyə baş nazir olduğu müddətdə Azərbaycan və Ermənistan arasında vasitəçilik sahəsində göstərdiyi səylərə görə təşəkkür edib.

Qaribaşvili öz növbəsində Gürcüstanla Azərbaycan arasındakı əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkür edib.

51
7
Kateqoriya: Siyasət
Sonrakı yazı
Azərbaycan və Gürcüstan nəqliyyat və İKT sahəsində əməkdaşlığı müzakirə edib
Öncəki yazı
წვიმა, სეტყვა, ელჭექი – საქართველოში ამინდი უარესდება