“Biz Avropa Komissiyasının iki gün sonra açıqlanacaq və daha bir tarixi qərar olacaq qərarını gözləyirik. Bu, Gürcüstanın Avropa gələcəyini müəyyən edəcək”
Qafqaztürk xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Şərq Tərəfdaşlığı Məsələləri üzrə Avropa İttifaqının və üzv ölkələrin xüsusi nümayəndələri ilə görüşü zamanı açıqlayıb.
“Avropa İttifaqı ilə Gürcüstan arasında güclü tərəfdaşlıq birgə səylərimizin nəticəsidir və bildiyimiz kimi, çox konkret nəticələr verib. Bunlara: assosiasiya sazişi, vizasız səyahət rejimi, keçən il qəbul edilmiş Avropa perspektivi kimi tarixi qərar daxildir. Hazırda təbii ki, biz Avropa Komissiyasının iki gün sonra açıqlanacaq və daha bir tarixi qərar olacaq qərarını gözləyirik. Bu, Gürcüstanın Avropa gələcəyini müəyyən edəcək.Beləliklə, mən sizi bir daha səmimiyyətlə salamlayıram və sizə minnətdarlığımı bildirmək istəyirəm”- deyə baş nazir açıqlayıb.