Another advertisement
Baş nazir İrakli Kobaxidzenin Ermənistan Respublikasına rəsmi səfəri başlayıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Məlumata əsasən, Ermənistan Respublikası hökumətinin iqamətgahında Gürcüstanın baş nazirinin rəsmi qarşılanma mərasimi keçirilib.
İrakli Kobaxidzeni Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan qəbul edib.
Təkbətək və geniş tərkibdə görüşlər planlaşdırılıb, bundan sonra baş nazirlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.