ABŞ prezidenti Co Bayden sentyabrın 25-də Nyu-Yorkda ənənəvi qəbulda dünya liderlərini və BMT-nin yüksək səviyyəli rəsmilərini qəbul edəcək.
QafqazTürk Media xəbər verir ki, Prezidentin qəbulunda dəvətlilər siyahısına əvvəlcə Gürcüstan nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze də daxil olub. Lakin Bayden administrasiyası bu dəvəti ləğv edib.
Dəvəti ləğv etməklə yanaşı, Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən və baş nazir Kobaxidze, eləcə də Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanla görüşdən də imtina edib.
Bu barədə “Amerikanın Səsi”nə danışan ABŞ administrasiyasının digər yüksək rütbəli rəsmisi əlavə edir ki, “Gürcüstan hökumətinin son hərəkətləri və bəyanatları demokratiyaya və gürcü xalqının iradəsinə sarsıdıcı hörmətsizlikdən xəbər verir”. Bununla belə, o, ayrı-ayrı diplomatik müzakirələrin təfərrüatları barədə danışmayacağını deyir.