• 06 Mart 2025 22:53

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

İrakli Kobaxidze Türkmənistana rəsmi səfərə gedib

ByTürkan Şahverdova

Mar 6, 2025
Another advertisement

Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkmənistana rəsmi səfərə gedib.

Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

Onların sözlərinə görə, Aşqabad beynəlxalq hava limanında İrakli Kobaxidzenin qarşılanma mərasimi keçiriləcək.

Türkmənistanda səfərdə olan İrakli Kobaxidzeni sabah, martın 7-də Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov təkbətək görüşdə qəbul edəcək.

“Rəsmi səfər çərçivəsində Gürcüstan baş nazirinin birinci müavini və Türkmənistan Nazirlər Kabineti sədrinin müavininin rəhbərliyi ilə Gürcüstan və Türkmənistan hökumətlərinin üzvləri arasında geniş tərkibdə danışıqlar aparılacaq, bundan sonra müxtəlif sahələrdə əməkdaşlıq haqqında sazişlər sektor qurumları arasında imzalanacaq.

İrakli Kobaxidze baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, idman naziri Şalva Qoqoladze və administrasiyanın rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti ilə birlikdə Türkmənistana səfər edib ”, – məlumatda deyilir.