İrakli Kobaxidze tələbələri dünyanın aparıcı universitetlərində oxumaq imkanı yaradan mərkəzin ləğvi barədə qətnamə imzaladı – ƏTRAFLI

112

Baş nazir  İrakli Kobaxidze “Təhsilin Beynəlxalq Mərkəzinin” ləğvi ilə bağlı qətnamə imzalayıb. Qətnamənin tarixi 21 oktyabrdır.

QafqazTürk xəbər verir ki, qətnaməyə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən hüquqi şəxs — “Təhsilin Beynəlxalq Mərkəzi” ləğv ediləcək və onun hüquqi varisi Təhsil Nazirliyi olacaq.

Nazirliyə tapşırılıb ki, ləğvetmə prosesi üçün xüsusi komissiya yaratsın və 31 dekabr tarixinədək bu prosesin həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görsün.

Xatırladaq ki, “Təhsilin Beynəlxalq Mərkəzi” 2014-cü ildə yaradılıb. Mərkəz gürcü tələbələrinə dünyanın aparıcı universitetlərində təhsil almaq üçün qrant, tərəfdaşlıq qrantı və təqaüd proqramları təklif edirdi.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Məhkəmə daha 11 etirazçıya inzibati həbs cəzası verib – ƏTRAFLI
Öncəki yazı
Prokurorluq Sabiq Baş Nazirə ittiham sürdü – ƏTRAFLI