“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Robin Danniqan ilə görüşüb.
QafqazTürk.com xəbər verir ki,bu barədə “Gürcü Arzusu” məlumat yayıb.
Bildirilir ki,görüşdə Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığa toxunulub. İrakli Kobaxidze iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlığın Robin Danniqanın səfirliyi dövründə əhəmiyyətli dərəcədə möhkəmlənəcəyinə və dərinləşəcəyinə inandığını bildirib.
Eyni zamanda görüşdə Gürcüstanda cari siyasi proseslər də müzakirə olunub. Söhbətdə Gürcüstanın namizəd statusunu qəbul etməsi, siyasi subyektlər arasında münasibətlər, 2024-cü ilin parlament seçkiləri və digər məsələlərə toxunulub. İrakli Kobaxidze Robin Danniqanı vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona uğurlar arzulayıb