• 24 Fevral 2025 18:12

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

İrakli Kobaxidze Qazaxıstan Respublikasının Baş naziri ilə görüşüb

ByTürkan Şahverdova

Fev 5, 2025
Another advertisement

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə görüşüb.

Gürcüstan hökumət administrasiyasının verdiyi məlumata görə, “Qazaxıstan Respublikasının Hökumət Evində keçirilən təkbətək görüş zamanı tərəflər iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığı müzakirə ediblər”.

“Ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikası və bu istiqamətdə iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolu qeyd edilib. Tərəflər 2024-cü ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artmış ikitərəfli ticarət dövriyyəsini müsbət qiymətləndiriblər. Görüş zamanı həmçinin ixrac həcminin artırılması potensialı müzakirə edilib, bu istiqamətdə mövcud olan məlumatların əhəmiyyəti vurğulanıb”.

İrakli Kobaxidze Qazaxıstan Respublikasının Baş nazirini Gürcüstana rəsmi səfərə dəvət edib.