This is a specific ad

İrakli Kobaxidze Nikol Paşinyanla görüşüb

67

Another advertisement

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşüb .

QafqazTürk.com xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb.

Məlumata görə, təkbətək görüş zamanı tərəflər Gürcüstan və Ermənistan Respublikası arasındakı mövcud dostluq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər .

Bildirilib ki, ölkələrimizi bir çox istiqamətlərdə, o cümlədən ticarət, nəqliyyat və turizm sahələrində fəal əməkdaşlıq bağlayır.

Gürcüstanın baş naziri Nikol Paşinyana Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib və Gürcüstanın Ermənistan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib .

Görüşdə həmçinin regional proseslərə də diqqət yetirilib.

Baş nazir İrakli Kobaxidze Gürcüstan Cənubi Qafqazda birgə dinc yaşayışı qətiyyətlə dəstəklədiyini və gələcəkdə regionda sülhün və sabitliyin təmin edilməsində müsbət rol oynamağa hazır olduğunu bildirib.

Tərəflər iki ölkənin strateji tərəfdaşlığının müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə və hər iki ölkəyə maddi fayda gətirəcəyinə ümidvar olduqlarını vurğulayıblar.

Təkbətək görüşdən sonra danışıqlar hər iki ölkənin hökumət üzvlərinin iştirak etdiyi geniş tərkibdə davam etdirilib.

İrakli Kobaxidze Nikol Paşinyanı Gürcüstana dəvət edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Nikol Paşinyan: “Ermənistanla Gürcüstan arasındakı dinamik inkişaf edən əlaqələrimizdən çox razıyam”
Öncəki yazı
İrakli Kobaxidze: “Regionumuzda sülhün və sabitliyin təmin olunması proseslərində öz müsbət rolumuzu oynamağa hazırıq”