Another advertisement
Müdafiə naziri vəzifəsinə deputat İrakli Çikovaninin nazizədliyi irəli sürüləcək.
QafqazTürk.com xəbər verir ki, o bu barədə jurnalistlərə verdiyi müsahibədə deyib.
O, bütün hökumət üzvlərinə qalmağı təklif etdiyini lakin müdafiə naziri Cuanşer Burçuladzenin başqa sahəyə keçmək istədiyini bildirib.
“Vurğulamaq istərdim ki, mən hökumətin bütün üzvlərinə qalmağı təklif etmişəm. Müdafiə naziri Cuanşer Burçuladzenin yeganə mövqeyi onun siyasətdən başqa sahəyə keçmək istəməsi idi. Mən onun qərarına hörmətlə yanaşıram, ona görə də Gürcüstan hökumətində yeganə dəyişiklik müdafiə nazirliyində olacaq və müdafiə naziri vəzifəsinə İrakli Çikovaninin namizədliyi irəli sürüləcək”, – deyə İrakli Kobaxidze qeyd edib.