This is a specific ad

İrakli Kobaxidze müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

18

Another advertisement

Baş nazir İrakli Kobaxidze müsəlman vətəndaşları Qurban bayramı münasibətilə təbrik edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Hökümət Administrasiyasının Mətbuat xidməti paylaşım edib.

Hökumət başçısı, müsəlman icmasının Gürcüstanın tarixinin, mədəniyyətinin və bugünkü gününün ayrılmaz hissəsi olduğunu qeyd edib.

“Gürcüstanın müsəlman vətəndaşlarını sülh, dəstək, ümid və xeyirxahlığın qələbəsi bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Müsəlman icması Gürcüstanın tarixinin və mədəniyyətinin, bugünkü gününün ayrılmaz hissəsidir. Siz əməyinizlə və ölkəyə sədaqətinizlə vətənimizin inkişafına əvəzsiz töhfə verirsiniz. Ona görə də sizin sevinciniz hər birimizin sevincidir.

Bu gün ailələrinizdə olan bayram əhvali-ruhiyyəsinə qoşulur, sizə əmin-amanlıq və firavanlıq arzulayıram”- baş nazirin təbrikində deyilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Xeyirxah əməl sahibi
Öncəki yazı
Gürcüstanda partiya Putinə müraciət edib