This is a specific ad

İrakli Kobaxidze İranın yeni prezidentinin andiçmə mərasimində iştirak edəcək

69

Another advertisement

Gürcüstanın baş naziri İrakli Kobaxidze İranın yeni prezidenti Məsud Pezeşkianinin andiçmə mərasimində iştirak edəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayır.

“Hökumət başçısı andiçmə mərasimində iştirak etmək üçün İran İslam Respublikasından rəsmi dəvət alıb.

İran Məclisində keçiriləcək mərasimdə 70 xarici nümayəndə heyəti iştirak edəcək.

Gürcüstanın baş naziri Tehrana baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə birlikdə gedib”, – məlumatda deyilir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Tbilisi-Marneuli yolunda zəncirvari qəza baş verib – xəsarət alanlar var
Öncəki yazı
Azərbaycan cüdoçusu Hidayət Heydərov Olimpiya çempionu oldu