This is a specific ad

İrakli Kobaxidze-Bu gün gördüyümüz belə bir vəziyyətdə Avropa Şurası Parlament Assambleyasında işləməyin mənası yoxdur

58

Another advertisement

Baş nazir İrakli Kobaxidze AŞPA-nın Gürcüstanla bağlı qərarına münasibət bildirərək qeyd edib ki, bu gün gördüyümüz belə bir vəziyyətdə Avropa Şurası Parlament Assambleyasında işləməyin mənası yoxdur – bizim qərarımız tamamilə alternativsiz idi.

Baş nazirin sözlərinə görə, gürcü xalqına münasibət dəyişərsə, Gürcüstan Avropa Şurası Parlament Assambleyasına qayıdacaq.

“Tea xanım Çulukianinin nümayəndə heyəti adından, komandamız adından bildirim ki, elan etdiyi qərar çox mühüm idi. Təbii ki, bu qərar tamamilə alternativsiz idi, belə bir vəziyyətdə bizim nümayəndə heyətimiz Avropa Şurası Parlament Assambleyasında öz işini davam etdirmək niyyətində deyil və bu nümayəndə heyəti öz fəaliyyətini dayandırır. Əgər gürcü xalqına, ölkəmizə münasibət dəyişərsə, o halda, təbii ki, biz Avropa Şurası Parlament Assambleyasına qayıdacağıq. Bu gün gördüyümüz vəziyyətdə orada işləməyin mənası yoxdur. Bu olduqca sadə məsələdir. Bugünkü qərarın ölkəmiz üçün heç bir mühüm əhəmiyyəti yox idi, lakin absurdluq bu qərarın təhlilə layiq cəhətidir”, – İrakli Kobaxidze deyib.

Məlumat üçün bildirək ki, Avropa Şurası Parlament Assambleyası Gürcüstanı yaxın aylarda yeni seçkilər keçirməyə, siyasi məhbusları azad etməyə, Avropaya inteqrasiya yolunu davam etdirməyə çağırır.

134 deputatdan 114-ü qətnamənin lehinə, 13-ü əleyhinə səs verib, 7-si isə bitərəf qalıb.

Adı çəkilən qətnamənin qəbulundan sonra “Gürcü arzusu” Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini dayandıracağını bəyan edib.

Tea Çulukianinin qərarı elan edərkən bildirib ki, sənəddəki bir sıra qeyd-şərtlər ədalətsiz və əsassız olduğu üçün qəbuledilməzdir.

Kateqoriya: Gündəm, Siyasət
Sonrakı yazı
“Biz Azərbaycanla, o cümlədən Gürcüstan üçün faydalı olacaq nəqliyyat infrastrukturuna blokadanın götürülməsinin tərəfdarıyıq, müsbət cavab gözləyirik”- Ararat Mirzoyan
Öncəki yazı
Çexiya hökuməti Gürcüstan Daxili İşlər Nazirliyinin üç əməkdaşına qarşı sanksiya tətbiq edib