İrakli Kobaxidze – Gürcüstan hökuməti birmənalı olaraq avropapərəstdir

257

Another advertisement

“Gürcüstan hökuməti birmənalı olaraq avropapərəstdir”

QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze İtaliyanın sky telekanalına müsahibəsində bildirib.

Kobaxidzenin qeyd etdiyi kimi, Gürcüstan Konstitusiyası ölkənin xarici siyasətinin prioriteti kimi bütün hakimiyyət orqanlarının Gürcüstanın Avropaya inteqrasiyasına töhfə verməsini müəyyən edir.

“Bizim üçün burada seçim yoxdur, çünki Gürcüstan Konstitusiyası ölkənin xarici siyasətinin prioriteti kimi bütün hakimiyyət orqanlarının Gürcüstanın Avropaya inteqrasiyasını təşviq etmək üçün səylərini əsirgəməməsini müəyyən edir. Hökumət birmənalı olaraq avropapərəstdir”, – baş nazir bildirib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçirilir
Öncəki yazı
Tramp seçki öncəsi əksər ştatlarda Kamala Harrisi qabaqlayır