Another advertisement
“Gürcüstan-Amerika münasibətləri əvvəlki illərdə xeyli zədələndikdən sonra yenidən nəzərdən keçirilməlidir”.
QafqazTürk.com xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
“Mən bilmirəm niyə 2020-2021-ci illərdə, sonra isə 2022-ci ildə iki inqilab cəhdi olub. Bu cəhdlərin niyə edildiyini bilmirəm, amma fakt budur ki, ABŞ-ın Tbilisidəki səfiri o illərdə çox şeyi korladı və bunu düzəltmək lazımdır.
Bura hökumətin istefasını və onların iştirakı ilə hökumətin qurulmasını tələb edən Amerika tərəfindən maliyyələşdirilən QHT-lər daxildir. Ona görə də Gürcüstan-Amerika münasibətlərinə yenidən baxmaq lazımdır”, – Kobaxidze bildirib.