Another advertisement
Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.
QafqazTürk Media xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud dostluq əlaqələri və müdafiə sahəsində əməkdaşlığa diqqət yetirilib.
Qeyd olunub ki, iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi Gürcüstan və Ermənistan arasında tərəfdaşlığın müxtəlif istiqamətlərdə dərinləşməsi üçün yaxşı zəmin yaradır.
Söhbətdə dünyada və regionda təhlükəsizlik mühiti və çağırışların öhdəsindən gəlmək üçün birgə səylərin vacibliyinə toxunulub.