İrakli Kobaxidze Cənubi Koreyaya başsağlığı verib

115

Gürcüstanın baş naziri İrakli Kobaxidze Cənubi Koreyanın Muan hava limanında Jeju Air şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı kədərləndiyini bildirib və Koreya xalqına başsağlığı verib.

“Gürcüstan xalqı və Gürcüstan hökuməti adından ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Gürcüstan Cənubi Koreya ilə həmrəy olduğunu bildirir və bu çətin zamanda Koreya xalqının kədərini bölüşür” – İrakli Kobaxidze qeyd edir.

Kateqoriya: Cəmiyyət, Dünya, Gündəm
Sonrakı yazı
Cənubi Koreyada bir həftəlik matəm elan edilib
Öncəki yazı
Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub