İrakli Kobaxidze Budapeştdə səfərdə olacaq

69

Gürcüstanın baş naziri İrakli Kobaxidze mayın 29-30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında (CPAC) iştirak edəcək.

Məlumatı Gürcüstan hökuməti açıqlayıb.

“Tədbiri Macarıstanın Baş naziri Viktor Orban açacaq.Gürcüstanın baş nazirinin CPAC-ın dördüncü konfransında çıxışı planlaşdırılır.

Macarıstana səfəri çərçivəsində İrakli Kobaxidze macar həmkarı ilə görüş keçirəcək.

Gürcüstanın baş naziri xarici işlər naziri İrakli Kobaxidze Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianinin də daxil olduğu nümayəndə heyəti ilə Budapeştdə olacaq.

Kateqoriya: Cəmiyyət, Dünya, Siyasət
Sonrakı yazı
Tbilisidə bıçaqlanma hadisəsi baş verib
Öncəki yazı
29 may tarixinə olan valyuta məzənnəsi məlumdur