Another advertisement
“Azərbaycana səfərim mənim üçün çox önəmli idi”
QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, Brüsseldən sonra bölgədəki ilk səfəri Azərbaycana olub.
“Prezident İlham Əliyevlə mühüm görüşümüz baş tutdu. Azərbaycan-Gürcüstan münasibətləri, dostluğumuz və tərəfdaşlığımızla bağlı bütün mövzularda olduqca səmimi və məhsuldar söhbətimiz oldu. Siyasi, iqtisadi və mədəni sahələr üzrə bir sıra təşəbbüslərimiz, eləcə də önəmli planlarımız var”, – deyə Başnazir bildirib.