Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına səfər edəcək.
“Səfər çərçivəsində Bakıda Gürcüstan və Azərbaycan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası və eləcə də iki ölkənin hökumət üzvlərinin görüşü keçiriləcək.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təkbətək görüşü planlaşdırılır. Görüşdən sonra liderlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin tərkibinə Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühit və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze, Hökumət Administrasiyası Levan Jorjolianidir”, – məlumatda deyilir.