Another advertisement
Gürcüstanın baş naziri İrakli Kobaxidze “X” sosial şəbəkəsində Avropa Şurasının baş katibi Alan Berse ilə görüşünə fikir bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, konstruktiv dialoqda mövcud çağırışlara və gələcək əməkdaşlığın perspektivlərinə toxunulub.
“Alan Berse ilə Avropa siyasi birliyi çərçivəsində görüşmək şərəfinə nail oldum. Konstruktiv dialoqumuz cari çağırışlara və gələcək əməkdaşlığın perspektivlərinə toxundu. Biz Avropada və onun hüdudlarından kənarda demokratiyanın, insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin möhkəmləndirilməsində mühüm rol oynayan aparıcı beynəlxalq təşkilat olan Avropa Şurası ilə tərəfdaşlığımızı dərinləşdirməyə şadıq”, – deyə baş nazir bildirib.