İrakli Kobaxidze: “ABŞ-la münasibətləri yenidən qurmaq və strateji tərəfdaşlığı bərpa etmək istəyirik”

93

İrakli Kobaxidze: “ABŞ-la münasibətləri yenidən qurmaq və strateji tərəfdaşlığı bərpa etmək istəyirik”

QafqazTürk Media xəbər verir ki, bu barədə Baş nazir öz müsahibəsində bildirib.

O, qeyd edib ki, Tbilisi Vaşinqtonla münasibətlərin yenidən qurulmasına  hazırdır, lakin ABŞ tərəfindən hələlik susqunluq müşahidə olunur.

“Biz ABŞ-la münasibətlərə yenidən başlamaq və strateji tərəfdaşlığı bərpa etmək istəyirik, amma hələlik sükutdur. Əsas narahatlığımız da budur və bu barədə amerikalı tərəfdaşlarla daim danışırıq. Ola bilsin, onların da müəyyən narahatlıqları var və təbii ki, onlar da bu barədə danışacaqlar”, – deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, əvvəlki administrasiyadan fərqli olaraq, yeni mərhələdə gərgin keçən heç bir görüş olmayıb:

“Biz münasibətlərə yenidən başlamağa hazırıq. Əsas odur ki, kimsə bizə göstərsin ki, bizə düşmən kimi baxmırlar. Bu, minimum tələbdir”.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Zelenski: “Ukrayna Aİ-yə  daxil olacaq”
Öncəki yazı
Putin və Netanyahu Trampın Qəzza planını müzakirə ediblər