This is a specific ad

İrakli Karkaşadze – “Pegasus” aviaşirkəti Kutaisi hava limanında fəaliyyətə başlayır

51

Another advertisement

Dekabrın 22-dən Türkiyənin “Pegasus” aviaşirkəti Kutaisi Beynəlxalq Hava Limanında fəaliyyətə başlayacaq.

Gürcüstan Hava Limanları İttifaqının baş direktoru İrakli Karkaşadzenin sözlərinə görə, aviaşirkətlə hələ pandemiyadan əvvəl başlayan uzun və çətin danışıqların yekun mərhələsi uğurla başa çatıb.

“Birgə səylərlə daha bir uğurlu layihəni başa vurduq. Nəticədə, “Pegasus” aviaşirkəti dekabrın sonundan etibarən həftədə üç dəfə Kutaisi Beynəlxalq Hava Limanına İstanbul istiqamətində uçuşlar həyata keçirəcək. Yekun qərarı İstanbulda “Routes World” aviasiya forumu çərçivəsində aparılan danışıqlardan sonra “Pegasus” aviaşirkəti verib. İstanbul Kutaisi hava limanı üçün yeni bir istiqamətdir, bu da tranzit sərnişinlərə xidmət göstərir ki, bu da bizim üçün çox önəmlidir. Əminik ki, bu, çox uğurlu olacaq və İmereti bölgəsinin turizminə və iqtisadi inkişafına mühüm təsir göstərəcək, – İrakli Karkaşadze bildirib.

Türkiyənin “Pegasus” aviaşirkəti 1990-cı ildən bazarda fəaliyyət göstərir və hazırda 50 ölkədə 130 istiqamətə uçuşlar həyata keçirir. “Pegasus” illərdir Tbilisi və Batumi beynəlxalq hava limanlarından uğurla uçuşlar həyata keçirir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Marneulidə Çanaxçı kəndində yeni məktəb tikildi
Öncəki yazı
Azərbaycan XİN: “Fransanın Ermənistana hərbi texnika göndərməsi regionda vəziyyəti gərginləşdirəcək”