• 06 Dekabr 2023 11:39

İrakli Ğaribaşvili: “Yoxsulluq səviyyəsi ən aşağı həddədədir”

Avatar photo

ByHacı Xəlilzadə

İyn 5, 2023

“Yoxsulluq səviyyəsi ən aşağı həddədir”.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumət iclasında deyib.

O, yoxsulluq səviyyəsinin 15,6%-ə çatdığını bildirib.

“Hazırda yoxsulluq səviyyəsi 15,6%-ə çatıb. Bu isə öz növbəsində hələ də böyük problemdir, lakin bu, tarixi minimumdur”, – deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, 2012-ci illə müqayisədə yoxsulluq həddində yaşayanların sayı iki dəfə azalıb.

“2012-ci illə müqayisədə demək olar ki, yarım milyon insan yoxsulluqdan xilas olub. 2012-ci ildə biz hakimiyyəti təhvil aldığımız zaman yoxsulluq həddində 1 milyon 100 min insan var idi. İndi isə bu rəqəm iki dəfə azalıb”, – deyə Ğaribaşvili qeyd edib.

64170cookie-checkİrakli Ğaribaşvili: “Yoxsulluq səviyyəsi ən aşağı həddədədir”