İrakli Ğaribaşvili və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
QafqazTürk xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.
Baş nazir Türkiyə Respublikasının prezidentini seçkilərin uğurla keçirilməsi, birinci turda əldə edilən uğur və Parlament seçkilərində hakim partiyanın qazandığı səslərin çoxluğun əldə etməsini təbrik edib.
Telefon danışığı zamanı baş nazir Türkiyə və Gürcüstanın iştirak etdiyi birgə beynəlxalq layihələri dəstəkləməkdə, Türkiyə-Gürcüstan strateji partnyorluğun möhkəmləndirilməsində, eləcə də bölgənin davamlı və sabit inkişafında prezident Ərdoğanın şəxsi rolunu xüsusilə qeyd edib.
Sonda Gürcüstanın baş naziri prezident Ərdoğana prezident seçkilərinin ikinci turunun uğurlu keçməsini arzulayıb.