İrakli Ğaribaşvili Qətərin illik iqtisadi forumunda iştirak edəcək – ƏTRAFLI

1

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə yüksək səviyyəli illik iqtisadi forumda iştirak etmək üçün Qətərə yola düşüb.

QafqazTürk xəbər verir ki, bu haqqda məlumatı Gürcüstanın Hökumət Administrasiyası yayır.

Məlumata görə, forum Qətər əmirinin himayəsi altında Bloomberg agentliyinin təşkilatçılığı ilə keçirilir.

“İrakli Ğaribaşvili iqtisadi forum çərçivəsində keçirilən müvafiq panel müzakirəsində çıxış edəcək. Səfər çərçivəsində ikitərəfli yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır. Hökumət başçısının rəhbərlik etdiyi nümayəndə heyətinə vitse baş nazir, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir” -deyə məlumatda deyilir.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Marneulidə uşaq bağçalarına qeydiyyat 1 iyun tarixində başlayacaq
Öncəki yazı
Marneulidə üç evi su basıb