This is a specific ad

İrakli Ğaribaşvili Polşanın xarici işlər naziri ilə görüşüb – DETALLAR

66

Another advertisement

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb .

QafqazTürk.com xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hökumət administrasiyasında keçirilən görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə olunub. İkitərəfli ticari-iqtisadi əməkdaşlığa diqqət yetirilib, bu istiqamətdə əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Söhbət zamanı Polşanın Gürcüstanın Aİ-yə üzvlüyünə güclü dəstəyinin vacibliyinə diqqət yönəldilib.

Baş nazirin sözlərinə görə, Gürcüstan Polşanın Gürcüstana namizəd statusunun verilməsi ilə əlaqədar bütün mümkün formatlarda dəstəkləyici bəyanatlarını alqışlayır.

Görüşdə Polşa Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mariuş Maşkieviç , Xarici İşlər Nazirliyinin Şərqlə əlaqələr şöbəsinin müdiri Malqojata Kosiura-Kazimerska, nazir aparatının rəhbəri Eljbeta Boxenska iştirak ediblər. Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili, hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze və Gürcüstanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Diana Jğenti iştirak ediblər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
İlham Əliyev Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasından DANIŞDI
Öncəki yazı
Gürcüstanda immiqrantların sayı – STATİSTİKA