This is a specific ad

İrakli Ğaribaşvili: “Ölkə iqtisadiyyatı 7% artıb”

31

Another advertisement

“Bu il ölkə iqtisadiyyatı 7 faiz artıb. Ölkənin turizm və ticarət sahələrində nəzərəçarpacaq yüksək rəqəmlər qeydə alınıb”.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin bu gün keçirilən iclasından sonra deyib.

Baş Nazir, cari ilin birinci rübündə Gürcüstana 1 milyon 200 mindən çox beynəlxalq səyahətçinin səfər etdiyini, bunun isə öz növbəsində çox müsbət göstərici olduğunu bildirib.

“Ticarət sahəsində də artım mövcuddur. Yanvar-mart aylarında ixracatda 25%-lik artım qeydə alınıb. Bu göstərici isə 1 milyard 641 milyon dollar təşkil edib. Bu, ölkənin xarici ticarətində əldə etdiyi rekord rəqəmdir” – deyə Baş nazir əlavə edib.

Kateqoriya: İqtisadiyyat, Maraqlı
Sonrakı yazı
Rustavidə avtomobildə kişi meyiti tapılıb
Öncəki yazı
İrakli Ğaribaşvili: “Yanacaq, məhsul, ərzaq və çörəyin qiymətləri xeyli aşağı düşüb”