Another advertisement
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə İslandiyaya səfər edir.
Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, hökumət başçısı Avropa Şurasına üzv olan dövlət başçılarının Reykyavikdə keçiriləcək 4-cü zirvə toplantısında iştirak edəcək.
İrakli Ğaribaşvili zirvə toplantısının iştirakçıları qarşısında çıxış edəcək. Baş nazir İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.