This is a specific ad

İrakli Ğaribaşvili Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşüb

21

Another advertisement

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşüb.

Qafqaztürk xəbər verir ki, məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Verdikləri məlumatlara görə, hökumət administrasiyasında keçirilən görüşdə tərəflər iki ölkə arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyinə toxunublar. Qeyd olunub ki, Monteneqronun “Tbilisi İpək Yolu Forumu”nda iştirakı əlaqələri möhkəmləndirmək üçün bir fürsətdir.

“Söhbətdə yüksək səviyyəli ikitərəfli səfərlərin aktivləşdirilməsinə də toxunulub.Hökumət başçısı Monteneqronun Baş nazirinə “Tbilisi İpək Yolu Forumu”nda iştirakına görə təşəkkür edib”, – hökumətin mətbuat xidmətinin məlumatında deyilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Türkiyə İsraillə bütün enerji müqavilələrini dayandırır
Öncəki yazı
Marneuli sakini Polşada öldürülüb