Another advertisement
Baş nazir İrakli Ğaribaşvili Macarıstana yola düşüb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Hökumət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Ğaribaşvili paytaxt Budapeştdə keçiriləcək Konservativ Siyasi Fəaliyyət İclasında iştirak edəcək.
Gürcüstan baş nazirinin digər yüksək səviyyəli görüşlərdə də iştirak edəcəyi gözlənilir. Xarici işlər naziri İlya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze də Qaribaşvili ilə birgə Budapeştə yollanıb.