This is a specific ad

İrakli Ğaribaşvili İsrail dövlətinin baş naziri Benyamin Netanyahu ilə görüşüb

18

Another advertisement

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili İsrail dövlətinin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas istiqamətlərini və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

İrakli Ğaribaşvili İsrail dövləti ilə mövcud dostluq və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayaraq ölkələr arasında tərəfdaşlığın daim yüksək səviyyədə olduğunu qeyd edib. Benyamin Netanyahu qeyd edib ki, İsrail və Gürcüstan arasında çox isti münasibətlər mövcuddur və əlaqələri daha da dərinləşdirməyə ehtiyac var.

Görüşün sonunda isə İrakli Ğaribaşvili Benyamin Netanyahunu Gürcüstana rəsmi səfərə dəvət edib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
ჰუსეინ იუსუბოვი: აზერბაიჯანმა უკვე გააცნო სამართლიანობის საქმე მთელ მსოფლიოს, სომხეთმა კი უნდა იცოდეს, რომ 90-იანი წლები აღარ არის
Öncəki yazı
კოლეჯი „მოდუსი“ მარნეულში აცხადებს მიღებას სადიპლომო პროგრამებზე…