This is a specific ad

İrakli Ğaribaşvili : Gürcüstan Avropaya öz ənənələri ilə daxil olacaq

30

Another advertisement

İnanıram ki, Gürcüstan böyük Avropa ailəsinin tamhüquqlu üzvü olacaq və Gürcüstan Avropaya öz ənənələri ilə daxil olacaq – bu sözləri Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Avropa Günü”nün açılış mərasimində çıxışı zamanı deyib.

Baş nazirin sözlərinə görə, son 10 ildə hökumət Gürcüstanın Avropaya daha da yaxınlaşması üçün çox iş görüb.

“İnanıram ki, bizim avropalı dostlarımız, Avropa dövlətləri bu il yeganə düzgün siyasi qərarı verəcək və Gürcüstana və gürcü xalqına namizəd statusu verəcəklər, çünki ölkəmiz, xalqımız, hökumətimiz, hökumətimiz namizəd statusuna layiqdir. Biz, əlbəttə ki, çox gözəl başa düşürük ki, statusun verilməsi simvolik aktdır, lakin bu, çox vacib qərardır.

Bir daha bəyan etmək istərdim ki, hökumətimiz ölkəmiz və xalqımız üçün zəruri olan islahatları davam etdirməyə tam hazırdır.Biz Avropaya və Avropa xalqına bir çox ortaq dəyərlərlə bağlıyıq, bu dəyərlər gürcülərin xristian dəyərlərinə əsaslanır və müasir Avropa da buna əsaslanır.Ona görə də inanıram ki, Gürcüstan böyük Avropa ailəsinin tamhüquqlu üzvü olacaq və Gürcüstan Avropaya öz ənənələri ilə daxil olacaq. Avropaya sülh, sabitlik və firavanlıq arzulayıram”,- deyə hökumət başçısı bildirib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Moldova prezidenti:”Bu gün biz yalnız Ukraynanın sayəsində təhlükəsizlikdəyik”
Öncəki yazı
Kapitoliyə hücumda iştirak edən şəxs 14 il müddətinə azadlıqdan məhrum edildi