This is a specific ad

İrakli Ğaribaşvili: “Dahi Heydər Əliyev Gürcüstanın böyük dostu olub”

58

Another advertisement

Bu il Azərbaycanda dahi Heydər Əliyevin 100 illiyi qeyd edilir. Siz (Prezident İlham Əliyev – red.) bizim dostumuzsunuz və Heydər Əliyev də Gürcüstanın böyük dostu olub.

QafqazTürk.com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib.

O, əsas məqsədin regionda sülh və sabitliyin təmin edilməsi olduğunu qeyd edib.

“Regionda daha çox layihələr həyata keçirməliyik. Biz işimizi gözəl və qardaşlıq mühitində irəli aparacağıq”, – deyə Ğaribaşvili əlavə edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Gürcüstan Baş naziri: “Ölkələrimizin Avropaya yaşıl enerji nəqli üçün nəhəng potensialı var”
Öncəki yazı
İlham Əliyev: “Azərbaycanın şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir”