This is a specific ad

İrakli Ğaribaşvili Çinin baş nazirinə: “Konkret mesajla gəlmişəm, ikitərəfli əlaqələrimizi, münasibət və dostluğumuzu gücləndirək”

75

Another advertisement

“Konkret mesajla gəlmişəm, ikitərəfli əlaqələrimizi, münasibət və dostluğumuzu gücləndirək”– QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Tsian ilə görüşü zamanı açıqlayıb.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstanla Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Gürcüstan və Çinə dəyişikliklər və konkret nəticələr gətirəcək.

“Cənab baş nazir, bu gün sizinlə görüşmək mənim üçün böyük şərəfdir və xoşdur. İlk növbədə deməliyəm ki, Çinlə əlaqələri və dostluğu yüksək qiymətləndiririk. Konkret mesajla gəlmişəm, ikitərəfli əlaqələrimizi, münasibət və dostluğumuzu gücləndirək.

Cənab baş nazir, Çenqdu şəhərində prezident Si Cinpinlə görüşmək şərəfinə və fürsətinə nail oldum, səmimi qəbul və qonaqpərvərliyinə görə son dərəcə minnətdaram.

Həmçinin, fantastik və olduqca möhtəşəm olan Ümumdünya Universitet Oyunlarının açılış mərasimində iştirak etmək şərəfinə nail oldum. Mən bir daha prezident Si Cinpinə və sizə dəvətinizə görə minnətdarlığımı bildirmək istəyirəm.

Həmçinin, xüsusilə qeyd etmək istərdim ki, münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən qərar bizi çox qürurlandırır.

Hesab edirəm ki, bu Gürcüstan və Çin üçün konkret nəticələr verəcək. Həmçinin, mən artıq prezident Si Cinpinə qeyd etdiyim şeyi vurğulamaq istərdim ki, Gürcüstan vahid Çin prinsipini qətiyyətlə dəstəkləyir. Buradaca Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm.

Çinlə dostluğu və əməkdaşlığı yüksək qiymətləndiririk. Sizinlə işləməyi və söhbət etməyi səbirsizliklə gözləyirəm, bir daha minnətdaram !” -deyə baş nazir açıqlayıb.

Sonrakı yazı
Çinin Baş naziri İrakli Ğaribaşviliyə: “Baş nazir kimi hər iki səlahiyyət müddətində Gürcüstanın Çinlə münasibətlərini çox inkişaf etdirdiniz, biz bu səyi yüksək qiymətləndiririk”
Öncəki yazı
Viola fon Kramon: “Hamı Çindən iqtisadi cəhətdən müstəqil olmağa çalışarkən, Gürcüstan başqa tərəfə çevrilir”