This is a specific ad

İrakli Ğaribaşvili: Bu gün ölkəmizin ticarəti inkişaf edir, Avropada ticarət dövriyyəsi artır, bu, sözsüz ki, hakimiyyətimizin xidmətidir.

81

Another advertisement

“Bu gün ölkəmizin ticarəti inkişaf edir, Avropada ticarət dövriyyəsi artır, bir milyardı ötüb, bu, sözsüz ki, hakimiyyətimizin xidmətidir. İstəyirəm ki, biznesimiz daha da aktivləşsin, Avropa bazarını mənimsəsin, bilirəm ki, bu çətindir, çoxlu maneələr var, çoxlu kriteriyalar, tələblər var, amma biz bu istiqamətdə irəliləyirik, bunun üçün vaxt və çoxlu iş lazımdır”.

Bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili gürcü diasporu gününə həsr olunmuş forumda çıxışı zamanı bildirib.

“Gəlin əvvəllər harada idik və bu gün harada olduğumuzdan danışaq. Biz bundan əvvəl status üzərində işə başlamışdıq və təbii ki, ümumilikdə ölkənin işini, aparılan islahatları və s. qiymətləndirirlər.  Moldovaya və Ukraynaya status verməzdən əvvəl təbii olaraq ölkələrin islahatlarını, ədaləti, dövlət sektorunun inkişafını, qanunun aliliyini və s. müqayisə etdilər. O vaxt da, indi də Ukraynanı da, Moldovanı da qabaqlayırdıq, amma o zaman avropalı həmkarlarımız bizə dedilər ki, Ukrayna müharibə vəziyyətindədir, Moldova da ona bərabər vəziyyətdədir, çünki Moldova yarım milyondan çox ukraynalı qaçqını qəbul edib və s. buna görə də, bu siyasi qərar olub. Odur ki, biz bu ölkələri həvəsləndirib, onlara bonus status verməliyik dedilər, onlara əvvəlcə bonus status veriblər, daha sonra isə prioritetlərini müəyyənləşdiriblər, bizdə isə əksinə oldu, bu öhdəlikləri yerinə yetirin və sonra sizə status verəcəyik dedilər”, – deyə baş nazir qeyd edib

Kateqoriya: Gündəm
Sonrakı yazı
Darçiaşvili: “Uçuşların bərpası qərarı ilə bağlı münasibətimizi bildirdiyimiz əsas məsələ odur ki, Rusiyada yaşayan diasporlarımızın vətənlərinə gediş-gəlişi asanlaşacaq”
Öncəki yazı
Tsalkada qəza – 4 yaşınadək uşaq su anbarına düşərək ölüb