This is a specific ad

İrakli Ğaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb 

88

Another advertisement

İrakli Ğaribaşvili Tbilisidə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb 

Qafqaztürk xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Məlumata əsasən, tərəflər Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın müsbət dinamikasını və ölkələr arasında mövcud olan strateji tərəfdaşlığın əsas istiqamətlərini nəzərdən keçiriblər.

Bildirilib ki, Baş nazir siyasi dialoqun daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı Gürcüstan və Azərbaycanın qlobal və regional əhəmiyyətli enerji, nəqliyyat və digər sahələrdə uğurlu birgə iqtisadi layihələr həyata keçirdiyi vurğulanıb, gələcəkdə daha sıx əməkdaşlığa hazırlıq ifadə edilib.

Görüş zamanı Gürcüstanın investisiya potensialına diqqət yetirilib. Qeyd olunub ki, Gürcüstan hökumətinin prioritet istiqamətlərindən biri ölkənin tranzit funksiyasını gücləndirmək və regional logistika qovşağı formalaşdırmaqdır.

Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yeni xəttinin tikinti işlərinin sürətlə aparılmasının vacibliyi vurğulanıb.

Baş nazir Azərbaycan nümayəndə heyətini bu ilin payızında Tbilisidə keçiriləcək “İpək Yolu Forumu”na dəvət edib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Yaponiyada tayfun 200-dən çox aviareysin təxirə salınmasına səbəb olub
Öncəki yazı
Marneuli bələdiyyəsinin Candar qəsəbəsində park salınacaq