İrakli Ğaribaşvili: “2008-ci ildə bizim müharibə zamanı Rusiyaya qarşı kimsə sanksiyalar tətbiq etdimi?

4

Bu sözləri Baş nazir İrakli Ğaribaşvili Qatar İqtisadi Forumunda deyib

“2008-ci ildə bizim müharibə zamanı Rusiyaya qarşı kimsə sanksiyalar tətbiq etdimi? Dünyada heç kəsin, heç kimin o müharibədə düzgün reaksiyası, hətta adekvat reaksiyası yox idi. Onda sualım budur ki, məntiq haradadır? Bizim müharibə müharibə deyil və Ukraynadakı müharibə müharibədir?

Biz Ukraynanı, ukraynalıları dəstəkləyirik və bu müharibənin tezliklə bitməsini istəyirik. Biz hər bir beynəlxalq platformada 500-dən çox qətnaməyə, bəyanatda qoşulmuşuq . Biz maliyyə sanksiyalarına tam riayət etmişik, ABŞ dövlət departamenti rəsmi şəkildə bəyan etdi ki, Gürcüstanın maliyyə institutları, Milli Bankı maliyyə sanksiyalarına tam riayət edir”- deyə baş nazir bildirib.

0
0
Kateqoriya: Gündəm
Sonrakı yazı
Tanınmış amerikalı müğənni Tina Terner vəfat edib.
Öncəki yazı
Marneulidə Gürcüstanın müstəqillik gününə həsr olunmuş tədbir keçiriləcək