Another advertisement
Aprelin 22-də Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə görüşüb.
QafqazTürk.com xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərinin vacibliyini müzakirə ediblər. Yüksək səviyyəli səfərlərin müsbət dinamikası qeyd olunub.
Gürcüstanın Müdafiə naziri Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Beynəlxalq təlimlərdə birgə iştiraka və hərbi təhsil sahəsində əməkdaşlığa diqqət yetirilib.
Görüşdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik Fuad İbrahimov iştirak edib.