Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Şota Mişvelidze qızıl medal qazanıb.
Şota Mişvelidze 162 kq ağırlığın öhdəsindən gələrək Avropa çempionu olub.
Qeyd edək ki, Aprelin 15-də başlayan Avropa çempionatına aprelin 23-də yekun vurulacaq. Qitə birinciliyi İrəvandakı Karen Demirçyan adına konsert-idman kompleksində keçirilir. Yarışın qalibləri Paris-2024 Olimpiya Oyunlarına Lisenziya qazanacaqlar.