“İrəvanla Bakı arasında intensiv danışıqlar aparılır” – Paşinyan

7

“Ermənistan regionda sülh gündəliyinə sadiq olaraq qalır. Ümid edirik ki, yaxın zamanlarda sülh müqaviləsinin mətni ilə bağlı razılığa gələcək və onu imzalaya biləcəyik”.

QafqazTürk xəbər verir ki, Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, İrəvan və Bakı arasında intensiv danışıqlar aparılır.

Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan qoşunlarının qarşılıqlı geri çəkilməsi 1975-ci ildə SSRİ-nin Baş qərargahı tərəfindən təsdiq olunan xəritələrə uyğun həyata keçirilməlidir.

Baş nazir əlavə edib ki, KTMT missiyası yazırda Ermənistanda fəaliyyət göstərmir: “Çünki təşkilat Ermənistan sərhədlərini müəyyən etməyib və KTMT bunu həll etdikdən sonra problemlərin 90 faizi aradan qaldırılacaq”.

0
0
Kateqoriya: Region
Sonrakı yazı
Yunanıstan da seçkidə liderini seçə bilmədi – İkinci tur gözlənilir
Öncəki yazı
“ATA İttifaqı” dağıldı