This is a specific ad

İqlim dəyişikliyi səbəbindən hər gün 20 min uşaq evsiz qalır

47

Another advertisement

2016-cı ildən 2021-ci ilə qədər 44 ölkədə iqlim dəyişikliyi ilə bağlı hava hadisələri səbəbindən 43,1 milyon uşaq yaşadıqları yeri tərk edib ki, bu da hər gün təxminən 20 min uşağın məcburi köçkün düşməsinə bərabərdir.

QafqazTürk.com xəbər verir ki,Birləşmiş Millətlər Təşkilatından (BMT) məlumat verilir.

BMT-nin Uşaq Fondunun (UNICEF) cümə günü oktyabrın 6-da açıqladığı hesabata əsasən, bu dövrdə xüsusilə dörd növ təbii fəlakət uşaqların yaşayış yerlərini tərk etmələrinə səbəb olub: daşqınlar, qasırğalar, quraqlıqlar və meşə yanğınları.

“Dəyişən iqlim şəraitində köç etmiş uşaqlar” adlı hesabatda dünyada təbii fəlakətlər nəticəsində öz ölkəsində didərgin düşmüş gənclərin sayı müəyyən edilib.

“Bu rəqəmlər aysberqin görünən hissəsidir, çünki çox güman ki, daha çox uşaq zərər çəkib”, – deyə UNICEF-in hesabatının həmmüəllifi Laura Hili bildirib.

UNICEF-in hesabatındakı proqnozlara əsasən, subasmalar və çay daşqınları növbəti 30 il ərzində 96 milyon uşağı, qasırğalar isə 10,3 milyon uşağı köçkün sala bilər. Hesabatda verilən məlumata görə, müxtəlif növ fırtınalar 7,2 milyon uşağın iqlimlə bağlı yerdəyişməsinə səbəb ola bilər. Ən çox köçkün uşaqların Çin, Hindistan və Filippindən olacağı proqnozlaşdırılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
პალესტინის ცნობით, ისრაელის საპასუხო კონტრშეტევას 198 პალესტინელი ემსხვერპლა, დაშავდა 1 610
Öncəki yazı
მოკლული 14 წლის გოგოს დედა: ვითხოვ, სამუდამო პატიმრობა მიუსაჯონ მკვლელს