This is a specific ad

iPhone 16 təqdim edildi – QİYMƏTİ/FOTO

303

Another advertisement

“iPhone 16” modelləri təqdim edilib. Bunlara “iPhone 16”, “iPhone 16 Plus”, “iPhone 16 Pro” və “iPhone 16 Pro Max” daxildir.

QafqazTürk Media xəbər verir ki, yeni smartfonun ultramarin, çəhrayı, mavi, qara və ağ rəngləri mövcuddur. Telefonun iki kamerası var.

Qrafika da daha güclü və sürətlidir. Yeni “Action” düyməsi ilə səs yazmaq, mahnı tanımaq, tərcümə etmək və hətta avtomobil kilidi açmaq mümkündür.

“iPhone 16” 6,1 düymlük ekranla təchiz edilib. “iPhone 16 Plus” ekranının ölçüsü 6,7 düymdür.

Qeyd olunub ki, “iPhone 16” və “iPhone 16 Plus” modelləri yenə “iPhone 11”-də olduğu kimi şaquli kameraya sahib olublar. “iPhone 16 Pro” və “16 Pro Max” müvafiq olaraq 6,3 və 6,9 düymlük displeylərə malikdir, həmçinin ekran parlaqlığını yaxşılaşdırılıb və yeni soyutma sistemi əlavə edilib.

“iPhone 16”-nın batareya tutumu 3561 mAh-dır (indiki nəsil 3349 mAh istifadə edir). Pro modelləri üçün simli şarj gücü 40 Vt-a qədər artırılıb.

Qeyd edək ki, “Apple” şirkəti yeni “iPhone 16” smartfonunun təqdimatı zamanı bu model cihazların minimum qiymətini də açıqlayıb.

128 GB daxili yaddaşa malik “iPhone 16”-nın 799 dollara, “iPhone 16 Plus”un isə 899 dollara satılması planlaşdırılır.

Məlumata əsasən, 128 GB daxili yaddaşa malik “iPhone 16 Pro”nun 999 dollara, “iPhone 16 Pro Max”ın isə 1199 dollara satılması planlaşdırılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Hakim “Gürcü Arzusu” partiyası bu axşam seçki siyahısını təqdim edəcək
Öncəki yazı
Türkiyə Qəzzanın bərpasında iştirak edəcək