This is a specific ad

İnterpolun qırmızı bülletenlə axtardığı narkobaron İstanbulda saxlanılıb

16

Another advertisement

Türkiyə hüquq-mühafizə orqanları İstanbulda narkotik tacirinə qarşı “Kartel-2 operasyonu” adlı əməliyyat keçirib.

Qafqaztürk xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində Xorvatiyanın İnterpol xətti ilə axtarışa verdiyi və qırmızı bülletenlə axtarılan Nenad Petrak adlı narkobaron saxlanılıb.

Onun Cənubi Amerikadan əldə etdiyi narkotiki Avropaya daşıdığı məlum olub.Xorvatiyanın Korrupsiyaya Qarşı Mübarizə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyinin hesabatına görə, Nenad Petrak təxminən doqquz ölkədə bir çox insanı cinayət təşkilatına bağlayan narkotik alverçisidir.A.Yerlikaya narkotacirlərə qarşı mübarizənin davam edəcəyini qeyd edib

Kateqoriya: Dünya
Sonrakı yazı
Ukraynada daha bir gürcü döyüşçü həlak olub
Öncəki yazı
საქართველოს სახალხო დამცველი ლევან იოსელიანი მარნეულის მუნიციპალიტეტს ეწვია