This is a specific ad

İnterpol tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Polşada saxlanılıb

10

Another advertisement

İnterpolun qırmızı sirkulyar xətti ilə axtarışda olan 28 yaşlı Gürcüstan vətəndaşı Polşanın Katovitse şəhərinin hava limanında həbs edilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Polşa Sərhəd Xidmətinin məlumatına görə, həmin şəxs qəsdən adam öldürmə maddəsi ilə Qazaxıstanda axtarışda olub və Kutaisidən Polşaya uçub. Beynəlxalq axtarışa Qazaxıstan hüquq-mühafizə orqanlarının müraciəti əsasında başlanılıb.

Polşa sərhəd xidməti saxlanılan şəxsi polisə təhvil verib. Hazırda faktla əlaqədar istintaq aparılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Arda Güler “Real Madrid”də ilk məşqinə çıxıdı
Öncəki yazı
Ankara mərkəzli FETÖ əməliyyatı: Çoxsaylı həbs qərarı